Yamal Мessini geridə qoydu

Yamal Мessini geridə qoydu
İDMAN
22:09 21.06.2026
239
İspaniya millisinin vingeri Lamin Yamal futbol üzrə dünya çempionatları tarixində ən gənc qol müəllifləri siyahısında ilk onluğa daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu, 2026-cı il dünya çempionatının H qrupunda İspaniya və Səudiyyə Ərəbistanı milliləri arasında keçirilən oyunda baş verib.

Yamal qarşılaşmanın 10-cu dəqiqəsində hesabı açaraq bu göstərici üzrə argentinalı hücumçu Lionel Messini geridə qoyub. Bununla belə, o, Rusiya millisinin sabiq hücumçusu Dmitri Sıçovun nəticəsini üstələyə bilməyib.

Reytinqə Braziliya millisinin əfsanəsi Pele başçılıq edir. O, dünya çempionatlarında ilk qolunu 17 yaş 239 günlük olarkən vurub.

Dünya çempionatları tarixində ən gənc qol müəllifləri:

1. Pele (Braziliya) - 17 yaş 239 gün

2. Manuel Rosas (Meksika) - 18 yaş 93 gün

3. Qavi (İspaniya) - 18 yaş 110 gün

4. İbrahim Mbaye (Seneqal) - 18 yaş 143 gün

5. Maykl Ouen (İngiltərə) - 18 yaş 190 gün

6. Nikolae Kovaç (Rumıniya) - 18 yaş 197 gün

7. Dmitri Sıçov (Rusiya) - 18 yaş 231 gün

8. Lamin Yamal (İspaniya) - 18 yaş 343 gün

9. Lionel Messi (Argentina) - 18 yaş 357 gün

10. Culian Qrin (ABŞ) - 19 yaş 25 gün.
OXŞAR XƏBƏRLƏR