Bakıda dəhşətli qəza - Bir ailə məhv oldu

Bakıda dəhşətli qəza - Bir ailə məhv oldu
SOSİAL
15:57 20.06.2018
12260
Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.
 
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Pirallahı yolunda "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.

Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən sürücünün həyat yoldaşı Sona Əliyeva və övladı, 4 aylıq Rəna hadisə yerində vəfat edib.

Avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR