Bakıda dəhşətli qəza - Ölən və yaralananlar var - VİDEO

Bakıda dəhşətli qəza - Ölən və yaralananlar var - VİDEO
SOSİAL
11:41 04.02.2023
1005
Bakıda qəza hadisəsi baş verib. 

Bu barədə AZXEBER.COM-a DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, fevralın 3-də saat 18 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakinləri G.Eynullayevanın və S.Qurbanovun idarə etdikləri "Hyundai” markalı iki avtomobil toqquşub.

Nəticədə S.Qurbanov hadisə yerində ölüb, digər sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib. 

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR