Bakıda dəhşətli qəza - Qatar məktəblilərlə dolu avtobusla toqquşdu - VİDEO

Bakıda dəhşətli qəza - Qatar məktəblilərlə dolu avtobusla toqquşdu - VİDEO
SOSİAL
15:02 01.10.2018
28411
Bakıda sərnişin avtobusu qatarla toqquşub.

AZXEBER.COM Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var. Avtobusun içərisindəkilərin əksəriyyəti məktəblilərdir. 

Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.

***14:45

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 10 təcili tibbi yardım briqadası cəlb edilib. 8 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılır.
 

 
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR