Bakıda dəhşətli qəzada həlak olan gənc təhsilini fərqlənmə ilə bitirib – TƏFƏRRÜAT

Bakıda dəhşətli qəzada həlak olan gənc təhsilini fərqlənmə ilə bitirib – TƏFƏRRÜAT
HADİSƏ
23:44 31.07.2025
651
Ötən gün paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hərəkətdə olan "Volkswagen Passat" markalı avtomobilin sürücüsü piyada keçidindən keçən 2 nəfəri vurub. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

Ölənlərdən biri - Füzuli rayonunun Qarakollu kənd sakini, magistratura üzrə təhsilini fərqlənmə ilə yenicə başa vurmuş Siruz Famil oğlu Əhmədzadədir. O, bankda işləyirmiş. Siruzun atası qazi və şairdir.

Siruz dostu ilə məşqdən qayıdarkən yüksək sürətlə gələn avtomobil onları vurub. Ardınca idarəetməni itirən maşın ağaca çırpılıb.

Avtomobil qəza törədən sürücüyə məxsus deyilmiş.
OXŞAR XƏBƏRLƏR