Bakıda ödənişsiz avtobuslar fəaliyyətə başlayıb - VİDEO

Bakıda ödənişsiz avtobuslar fəaliyyətə başlayıb - VİDEO
SOSİAL
22:52 06.07.2026
266
Paytaxt Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başlayıb.

AZXEBER.COM Xezerxeber.az-a istinadən məlumatına görə, tam elektrik mühərrikli avtobuslardan istifadə ekoloji cəhətdən təmiz nəqliyyatı təşviqinə xidmət edir.

Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsi məqsədilə ödənişsiz şatllar istifadəyə verilib.

Həyata keçirilən bu yenilik mərkəzdə piyadayönümlü və əlçatan şəhər mühitinin təmin edilməsi ilə yanaşı, ziyarətçilərin rahat hərəkəti üçün əlavə imkanlar yaradacaq.

OXŞAR XƏBƏRLƏR