Bakıda bir nəfər dənizdə batıb.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, hadisə Qaradağ rayonunda baş verib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Əlavə məlumatın veriləcəyi bildirilir.