Bakıda dənizdə batan tələbələrin FOTOSU

Bakıda dənizdə batan tələbələrin FOTOSU
SOSİAL
14:51 25.09.2026
186
Xəbər verdiyimiz kimi, sentyabrın 19-da Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizdə iki gənc boğularaq həyatını itirib.

AZXEBER.COM xəbər verir ki, hadisə nəzarətsiz ərazidə baş verib. 2008-ci il təvəllüdlü Qusar rayon sakini Elmin Elmar oğlu Əmirəliyev və Bərdə rayon sakini Əlipaşa Natiq oğlu Əlizadə dənizdə batıblar.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən aparılan axtarışlar nəticəsində hər iki gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, Elmin Əmirəliyev və Əlipaşa Əlizadə tələbə olublar. Onların Milli Aviasiya Akademiyasında təhsil aldıqları bildirilir.

AZXEBER.COM faciəvi şəkildə həyatını itirən tələbələrin fotolarını təqdim edir:
 

 


OXŞAR XƏBƏRLƏR