Bakıda faciə: qadın evakuatorun altında qalaraq öldü

Bakıda faciə: qadın evakuatorun altında qalaraq öldü
SOSİAL
10:29 16.01.2018
2651

Bakının Nərimanov rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Abdullayeva Ruhiyyə dilənçiliklə məşğul olan zaman onu yüksək sürətlə hərəkət edən "188” evakuasiya xidmətinə məxsus "İsuzu” markalı avtomobil vurub. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü saxlanılıb.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR