“Bakıda dilənçilərə qarşı mübarizə kampaniya xarakterli deyil” – Elşad Hacıyev

“Bakıda dilənçilərə qarşı mübarizə kampaniya xarakterli deyil” – Elşad Hacıyev
SOSİAL
22:01 02.08.2019
9078
Bakı şəhəri üzrə dilənçiliyə, tüfeyli həyat tərzi keçirən şəxslərin profilaktikasına qarşı mübarizə sistemli formada aparılır və kampaniya xarakteri daşımır.

Bunu AZXEBER.COM-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat rəisi, polis mayoru Elşad Hacıyev deyib. Onun sözlərinə görə, paytaxt polisi bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun olaraq, dilənçiləri inzibati məsuliyyətə cəlb etməklə qeydiyyatda olduqları rayonlara göndərilməsini təmin edir:

"Təkcə ötən həftə paytaxt üzrə 28 dilənçi və tüfeyli həyat tərzi keçirən şəxs aşkarlanaraq, yaşadıqları rayonlara göndərilib.
Azyaşlıların, qadınların, "sağlamlıq imkanı məhdud olması” görüntüsü yaradan şəxslərin küçələrdə dilənməyə sövq edilməsinin məqsədi insanların ürəyinə, hislərinə təsir etməkdir. Adətən, küçədən keçənlərə salfet satan, maşın şüşələrini silməyə çalışan, ayaq-yalın, üst-başı çirkli uşaqların məsumluğundan istifadə olunmaqla, teatral vəziyyət yaradırlar. Ancaq sədəqə verənlərin sayının çox olması dilənçiliyin həyat tərəzinə çevrilməsini, zəhmətsiz yaşamağı onlar üçün şərtləndirir. Bu da azyaşlıları küçələrə salanların məqsədlərinə çatmalarına səbəb olur”.
Elşad Hacıyev onu da qeyd edib ki, dilənçilər böyük şəhərlərdə kriminal risk qrupuna aid edilirlər:

"Elm də sübut edir ki, dilənçiliklə cinayətkarlıq arasında səbəbli-əlaqə var. Bunu dünya təcrübəsində rast gəlinən örnəklər də təsdiq edir. Buraya oğurluq cinayətləri, xırda talama və narkotik vasitələrin qanunsuz dövriyyəsi, uşaq əməyinin istismarı aid edilir. Belə görünür ki, bu əlaqə dilənçiliyin yoxsulluq mahiyyətindən ayrılaraq cinayətkarlığın əlamətinə çevirir.

Bununla bağlı elmi, praktik təcrübəyə əsaslanan tövsiyələr var. Vurğulanır ki, "dilənçi görkəmi” cinayətkar üçün komufilyajdır, o, ünvanlara, yaxud insanlara daha rahat yaxınlaşa bilir və ictimai təhlükəli niyyətini həyata keçirir: əgər dilənçi şüurlu olaraq bilsə ki, cəmiyyət onun bu əməlini yaxşı qarşılamır, ona
yaxınlaşmayacaqdır. Bunu nəzərə alaraq, bir çox ölkələrin qanunvericiliyində, xüsusilə Türkiyə və İtaliyada dilənçiyə sədəqə verilməsi hüquq pozuntusu hesab olunur, pul cəriməsi nəzərdə tutulur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR