Bakıda dilənçiyə görə iki nəfəri bıçaqladılar

Bakıda dilənçiyə görə iki nəfəri bıçaqladılar
SOSİAL
23:23 05.10.2018
11308
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda gecə klubunda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AZXEBER.COM-un ölkə.az-a xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror Mübariz Mirili ittiham aktını elan edib. 

İttihama münasibət bildirən M.Sərxanbəyov özünü qismən təqsirli bilib: O, söyüş üstündə iki nəfəri bıçaqladığını deyib: 

"Həmin adamlar mənə söydülər, üstümə hücum etdilər. Bıçağı qorxutmaq üçün çıxardım, vurmaq məqsədim yox idi. Lakin onlar mənə yenə də söyüş söyərək, vurmağa təhrik etdilər”. 

O deyib ki, əslində, hadisəyə yolda dayanan dilənçi səbəb olub: 

"Hadisə günü mən klubun qabağında dayanmışdım. Həmin vaxt bir dilənçinin ağladığını gördüm, soruşdum ki, sənə nə olub? Bu şəxslər də "Sənin nə işinə qalıb, dilənçi niyə ağlayır?”, - deyə soruşdular. Mən isə onlara yolları ilə getməyi məsləhət gördüm, qulaq asmadılar. Buna görə aramızda mübahisə yarandı”.
OXŞAR XƏBƏRLƏR