Bakıda dönərdən zəhərlənən şagirdlərdən 20-si evə buraxıldı

Bakıda dönərdən zəhərlənən şagirdlərdən 20-si evə buraxıldı
SOSİAL
16:54 26.10.2023
144
Bakıda dönərdən zəhərlənən şagirdlərdən 20-si evə buraxılıb.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub: "Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".
OXŞAR XƏBƏRLƏR