Bakıda dörd gün əvvəl törədilən qətlin üstü açılıb

Bakıda dörd gün əvvəl törədilən qətlin üstü açılıb
KRİMİNAL
12:52 02.12.2013
2132
Bakıda törədilən qətlin üstü açılıb.

Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Nəsirov küçəsində əvvəllər məhkum olunmuş, 1961-ci il təvəllüdlü Nəriman Həsən oğlu Cabbarovu döyərək qətlə yetirmiş şəxsin kimliyi müəyyənləşib.

Məlum olub ki, N. Cabbarov tüfeyli həyat tərzi keçirən, əvvəllər məhkum olunmuş, 1970-ci il təvəllüdlü İlqar Hüseynov tərəfindən döyülərək qətlə yetirilib.

Hadisəni törədən İ. Hüseynov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma , zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, noyabrın 29-da Səbailrayon ərazisindən döyülmə ilə Klinik Tibbi Mərkəzə yerləşdirilən H. Cabbarov aldığı xəsarətdən xəstəxanada vəfat edib.(APA)

OXŞAR XƏBƏRLƏR