Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar həbs olundu

KRİMİNAL
13:56 07.01.2025
830
Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan bir qrup idmançı barəsində istintaq orqanı tərəfindən təqdimata baxılıb.

Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.

Qərara əsasən, təqdimat təmin edilib, saxlanılan Elnur Həmidov və Elçin Hüseynov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.

Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.

Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
 
///apa

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib

19:10 06.02.2025

Ermənistanda tətil edənlər maaşlarının artırılması üçün komissiya yaradacaq

18:57 06.02.2025

Tramp: Hərbi əməliyyatlardan sonra İsrail Qəzza zolağını ABŞ-yə təhvil verəcək

18:45 06.02.2025

Britaniya XİN Rusiya diplomatının akkreditasiyasını ləğv edib

18:34 06.02.2025

Rusiya MN: Ukraynanın Kursk vilayətində əks hücumu dəf edilib

18:21 06.02.2025

“Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb

18:03 06.02.2025

UEFA Çempionlar Liqasında əlavə vaxt ləğv edilə bilər

18:00 06.02.2025

Rusiya səfiri Britaniya XİN-ə çağırılıb

17:45 06.02.2025

Nəsimi Məmmədov “Bir söz de”ni təqdim etdi - VİDEO

17:41 06.02.2025

Arıqladıcı çay və kofeləri reklam edənləri hansı cəza gözləyir? - Vəkildən açıqlama

17:40 06.02.2025

Bakıda piyada zonalarının sayı artırılacaq

17:35 06.02.2025

Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır

17:23 06.02.2025

Arıqladıcı kofe və çaylardan istifadə edənlər oxusun

17:21 06.02.2025

Azərbaycan XİN "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi qərarını şərh etdi

17:06 06.02.2025

Həkim səhlənkarlığı nəticəsində ölən Nəzrinin atası infarkt keçirdi