“Bakıda ehtiyatlı olmalıyıq” - “Anderlext”in yarımmüdafiəçisi

İDMAN
13:08 29.09.2015
1440
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda oktyabrın 1-də “Qarabağ”la üz-üzə gələcək Belçikanın “Anderlext” klubunun yarımmüdafiəçisi Steven Defur yerli mətbuata açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, o. təmsilçimizlə oyundan danışıb. Defur bildirib ki, “Qarabağ”la oyunda ehtiyatlı olmalıdırlar: “”Qarabağ”ın “Tottenhem”lə oyununa baxsaq, İngiltərə klubuna qarşı çox yaxşı oynadılar. Bizim məşqçilərin həmin oyunu izləmişdilər və Azərbaycan klubunun hücumda yaxşı çıxış etdiyini bildiriblər.
“Tottenhem” və “Monako” ilə müqayisədə “Qarabağ” üzərində qələbə qazanmaq mümkündür. Biz Bakıda müdafiədə ehtiyatlı olmaqla yanaşı hücumda da məhsuldar oynamalıyıq. Reynaldo və Samuel Armenterosu tanıyırıq və onların hücum xəttində təhlükəli olduğunu bilirik. Həmçininn Azərbaycana uzun yol qət edəcəyik. Bu bizdə yorğunluq yarada bilər. İstirahət etməli və oyuna ideal vəziyyətdə çıxmalıyıq”.
OXŞAR XƏBƏRLƏR