Bakıda elektrovoz mikroavtobusla toqquşdu - Hadisə yerindən görüntülər

Bakıda elektrovoz mikroavtobusla toqquşdu - Hadisə yerindən görüntülər
SOSİAL
10:48 21.10.2024
436

Bakıda yüksək sürətlə hərəkətdə olan mikroavtobus dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZXEBER.COM-a bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Vito" markalı mikroavtobusun dəmir yolu xətti ilə hərəkətdə olan qatarla toqquşması nəticəsində qəza hadisəsinin baş verdiyi və avtomobildə olan sürücü və sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə mikroavtobusda sıxılı vəziyyətdə qalan 2001-ci il təvəllüdlü Sərxan Taleh oğlu Rüstəmovu və 1954-cü il təvəllüdlü Püstəxanım Baba qızı Məmmədovanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

08:29

Daha bir sürücü diqqətsizliyi dəmiryol xəttində qəzaya səbəb oldu

Bu gün saat 02:30-da "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan "Mercedes Vito" markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

ADY-dan AZXEBER.COM-a verilən ilkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar və yaralılar xəstəxanaya yerləşdiriliblər.

ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır:

"Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar".

07:43

Bakının Xəzər rayonunda ağır yol qəzası qeydə alınıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Sərxan Rüstəmov idarə etdiyi maşınla dəmiryol keçidindən keçərkən qatara çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 1954-cü il təvəllüdlü Püstəxanım Məmmədova ağır xəsarət alıb.

Avtomobilin sürücüsü S. Rüstəmov hər iki ayaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Dəmiryol Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
19:06 23.08.2026
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
19:00 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
18:53 23.08.2026
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
Manuel Noyer TARİX YAZDI
18:48 23.08.2026
Manuel Noyer TARİX YAZDI
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
18:44 23.08.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
18:38 23.08.2026
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
18:34 23.08.2026
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
18:28 23.08.2026
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
18:25 23.08.2026
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
18:20 23.08.2026
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
18:17 23.08.2026
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
18:09 23.08.2026
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
18:06 23.08.2026
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
17:59 23.08.2026
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
17:53 23.08.2026
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib
17:47 23.08.2026
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib