Bakıda elmlər doktorunun MEYİTİ TAPILDI

Bakıda elmlər doktorunun MEYİTİ TAPILDI
SOSİAL
20:13 13.11.2021
442

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə AZXEBER.COM FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Sərdarov Tahir Elmiran oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, meyiti tapılan Tahir Sərdarov AMEA İqtsadiyyat İnstitunun aparıcı elmiş işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktorudur.
 
OXŞAR XƏBƏRLƏR