Ötən gün axşam saatlarında Bakının Yasamal rayonunda əmi qardaşı oğlunu öldürüb.
Rayon Polis İdarəsindən verilən məlumata görə, Salatın Əsgərova küçəsində Tahir Atamalı oğlu Əliyev qardaşı oğlu İlham Ramiz oğlu Əliyevi bıçaqlayıb. İ.Əliyev ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Verilən məlumata görə, əmi qardaşı oğlu ilə mübahisə edibmiş. Hələlik onların arasında baş verən mübahisənin səbəbləri bilinmir. Qardaşı oğlunu öldürən əmi polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.