Bakıda ən bahalı mənzil hansı rayondadır?

İQTİSADİYYAT
11:34 15.01.2015
4266
Dekabr ayında təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 2065 $/кv.m-dən 0,68% artaraq 2079 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1619 AZN/кv.m-dən 0,67% artaraq 1630 AZN/кv.m bəndində qərarlaşıb.
AZXEBER.COM  xəbər verir ki, bu barədə MBA konsaltinq qrupunun hesabatında qeyd olunub.
Ümumilikdə, son ilin dekabr ayındakı aparılan araşdırmalar göstərir ki, təkrar yaşayış mənzil bazarında təklif olunan bir, iki və çox otaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq 3,13%, 2,59% və 2,78% artım vardır. Üç otaqlı mənzillərin qiymətində isə -2,79% azalma müşahidə olunub.
Bаzаrdа dövr еdən mənzillərin оtаq sаy göstəricilərində tədricən bаş vеrən yеrdəyişmə dаvаm еdib, təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. İki, üç və çox otaqlı mənzillərin təklif sayında azalma, bir otaqlı mənzillərin sayında isə artım müşahidə olunub.
Nəticə оlаrаq isə daha çox azalma iki və daha artıq otaqlı mənzillərin payına düşüb. Təklif portfelində köhnə mənzillərin paylarının azalması əsasən “fransız” və “eksperimental” layihəli binalarda müşahidə olunub.
Təkrar yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil yeni tikili layihəli 4 otaqlı mənzildə qeydə alınıb.
“28 May” metrostansiyası yaxınlığında yerləşən 150 kv.m sahəyə malik olan, əla təmirli mənzilin kvadratmetrinin satışa təklif olunan qiyməti 4500 manat təşkil edib. Kvadratmetrinin dəyərinə görə qeydə alınan ən ucuz mənzil isə Nəsimi rayonunda, 3-cü mikrorayon ərazisində yerləşən 230 kv.m-lik sahəyə malik yeni tikili, 4 otaqlı mənzildə qeydə alınıb, 650 AZN/kv.m.
Bakı şəhəri üzrə 2014-cü ilin dekabr ayında təkrar mənzil bazarında təklif olunan ən bahalı mənzil Xətai rayonunda qeydə alınıb.
Xətai m/st. yaxınlığındakı 267 kv.m sahəyə malik olan mənzilin satışa çıxarılan təklif qiyməti 1 500 000 $ dəyərində olub. Ən ucuz mənzil isə Abşeron rayonu, Masazır qəsəbəsində yeni tikilən binada qeydə alınıb. 37 kv.m sahəyə malik olan 1 otaqlı mənzilin satışa təklif qiyməti 44 500 $ dəyərindədir.

OXŞAR XƏBƏRLƏR