"Nömrə 1 " uşaq baxçasının ötən gün möhtəşəm açılış mərasimi keçrilib.
AZXEBER.COM xəbər verir ki, açılışda bir çox təhsil işçiləri, sənət adamları, mətbuat nümayəndələri iştirak ediblər.
Aparıcı Günay Rəhimovanın təqdimatında baş tutan açılış mərasimində müasir üslubda inşa edilmiş baxça haqqında geniş məlumatlar verilib. Baxçaya yazılan uşaqlara paket təqdim edilib ki, burada qidalanma, tədris və əlavə olaraq dil kurslar, şahmat, gimnastika, üzgüçülük, rəqs və robotis dream otaqları öz əksini tapıb.
Baxçada uşaqların fiziki və zehni inkişafı üçün qidalanmaya xüsusi əhəmiyyət verilib. "Nömrə 1" uşaqların günlük tələbatlarını nəzərə alaraq təbii və keyfiyyətli məhsullardan hazırlanmış qidalar hazılayacaq. Baxçada qidalanma gün ərzində 5 dəfə nəzərdə tutulub.
Bunlar səhər yeməyi, meyvə saatı, nahar, şirniyyat saatl, şam yeməyi olaraq sıralanıb.
Baxçada tədris proqramları da rəngarəngliyi ilə seçilir. Belə ki, uşaqlar üçün savad təlimi, nitqin inkişafı, sadə riyasi anlayışlar, məntiqi təfəkkürün inkişafı, ətraf aləmlə tanışlıq, intelektual oyunlar, uşaq ədəbiyiyyatı, əmək, musiqi, rəsm və fiziki tərbiyə kimi məlumatlar uşaqlara aşılanır. Bu təlimlər uşaqların qısa zaman ərzində cəmiyyətdə özlərini dərk etməsinə münbit şərait yaratmış olacaq.
"Nömrə 1" uşaq baxçası uşaqların təhlükəsizliyi və güvənliyini təmin etmək üçün müasir sistemlərlə təchiz edilib. Baxçada 24 saat çəkiliş həyata keçirən nəzarət kameraları, yanğınla bağlı ilkin xəbərdarlıq həyata keçirən siqnalizasiya sistemi, qoruma çəmbəri ilə əhatə olunmuş oyun səhnəsi, yıxılma təhlükəsinə qarşı yumşaq döşəmə, təhlükəsiz öyrənmə mühiti, körpələrin baxçaya qəbulu və təsliminə xüsusi nəzarət edilir.
Baxçada 1-3 yaş ( kiçik qrupu), 3-4 yaş ( orta yaş qrupu), 5-6 yaş (məktəbə qədər yaş qrupu) olmaqla 3 qrup fəaliyyət göstərəcək. Təcrübəli pedaqoq çalışacağı "Nömrə 1 " uşaq baxçasının oyun zallarında intelektual oyunlar uşaqların zehni qabiliyyətlərinin inkişafına öz tövhəsini verəcək.
Artıq qeydiyyat başlayıb. Açılışla əlaqədar olaraq bütün yeni yazılanlara 20% endirim tədbiq edilir.
Tələsin!
Ünvan: Rüstəm Rüstəmov 23, "Neftçilər” metrosundan Xəzər universitetinə düşən yolda Azza-nın yanında Tel: 012 571 09 09, 070 666 09 09






















