Bakıda ən yüksək və ən aşağı maaş alanlar bəlli oldu

Bakıda ən yüksək və ən aşağı maaş alanlar bəlli oldu
SOSİAL
00:00 06.07.2018
11128

Bu ilin beş ayında Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı səviyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq, 789,0 manat olub.

Bakı Statistika İdarəsindən  verilən məlumata görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Qeyd edək ki, paytaxtda muzdla işləyənlərin sayı 705 657 nəfər təşkil edir. 

///Oxu.Az
OXŞAR XƏBƏRLƏR