Bakıda ər 37 yaşlı arvadını döyə-döyə öldürdü – Qulağından qan gəlib

Bakıda ər 37 yaşlı arvadını döyə-döyə öldürdü – Qulağından qan gəlib
SOSİAL
11:58 24.10.2016
4753

 

Bakıda dəhşətli qətl törədilib. 

Gecə saatlarında Xətai rayonu Yusif Səfərov küçəsində yaşayan 1979-cu il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. İlkin olaraq qadına açıq kəllə-beyin travması, baş beyinin ağır əzilməsi, alın sümüyünün sınığı, döş qəfəsinin hematoması, qabırğaların sınığı diaqnozu qoyulub.Onun qulaqlarından qan gəlib və həkimlərin səyinə baxmayaraq döş qəfəsinə və beyninə qan sızan qadın vəfat edib.

 

İlkin araşdırmadan sonra 37 yaşlı qadının həyat yoldaşı, 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə tərəfindən küt alətlə vəhşicəsinə döyülməsi müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.

///Lent.az
OXŞAR XƏBƏRLƏR