Bakıda ər hamilə arvadını döyüb xəstəxanalıq etdi

SOSİAL
14:53 23.09.2019
3816
Paytaxtda daha bir kişi ailə münaqişəsi zəminində hamilə arvadını döyüb.

Hadisə Nərimanov rayonu, akademik H.Əliyev küçəsində qeydə alınıb. 

1991-ci il təvəllüdlü Qurban Qurbanov ailə münaqişəsi zəminində hamilə həyat yoldaşı, 1994-cü il təvəllüdlü Nərmin Xanməmmədovaya ağır xəsarət yetirib.

Qadın aldığı xəsarətlərlə təcili xəstəxanaya yerləşdirilib.

Faktla bağlı arşdırma aparılır.
 
///Oxu.az

OXŞAR XƏBƏRLƏR