15:22 Cümə Axşamı, 18 Iyul 2019
SOSİAL

Bakıda ər keçmiş arvadını azyaşlı uşağının gözü qarşısında öldürdü - TƏFƏRRÜAT

23:59, 21.05.201910147
Bakıda ər keçmiş arvadını azyaşlı uşağının gözü qarşısında öldürdü - TƏFƏRRÜAT
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü İlkin Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam edir.

AZXEBER.COM "ölkə.az"a istinadən xəbər verir ki, növbəti məhkəmə prosesi hakim Eldar Mikayılovun sədrliyi ilə bu gün keçiriləcək.

Xatırladaq ki, qətl hadisəsi ötən ilin oktyabr ayında Xətai rayonunda baş verib.

24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı 27 yaşlı İlkin Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Məlum olub ki, əvvəllər məhkum olunan Hövsan qəsəbə sakini İlkin Abdullayev bir neçə il əvvəl arvadından boşanıb.

Lakin boşanmalarına baxmayaraq onların arasında münaqişə davam edib.
Oktyabrın 23-də özü ilə bıçaq götürən 27 yaşlı İlkin əvvəlcədən planlaşdırdığı kimi Səriyyənin yaşadığı evə gəlib və 4 yaşlı uşağın gözü önündə ona çoxsaylı zərbələr endirib.

Qadın aldığı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərdən hadisə yerindəcə keçinib.

İstintaq orqanı tərəfindən İlkin Cəmil oğlu Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
XƏBƏR LENTİ