Bakıda ərdən dəhşətli əməl: həyat yoldaşını döyüb qabırğalarını qırdı

Bakıda ərdən dəhşətli əməl: həyat yoldaşını döyüb qabırğalarını qırdı
SOSİAL
11:02 05.01.2022
654
Bakıda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Hadisə Səbail rayonunda qeydə alınıb.

Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1975-ci il təvəllüdlü Əliyeva Xatirə İbrahim qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol tərəfli 5 ədəd qabırğanın sınığı və döş qəfəsin küt travması diaqnozları qoyulub.

Polis hadisənin təfərrüatını araşdırır.
 
///Report
OXŞAR XƏBƏRLƏR