Bakıda ərəb turist küçədə qadını döyüb? - AÇIQLAMA

Bakıda ərəb turist küçədə qadını döyüb? - AÇIQLAMA
SOSİAL
14:33 17.07.2019
3411
Bakı şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə Bakıda ərəb turistin qadını döyməsi ilə bağlı videomaterialla bağlı açıqlama yayıb.

İdarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, sosial şəbəkədə Nərimanov rayonunda ərəb turistin küçədə qadını döyməsi ilə bağlı yayılan məlumat RPİ-də araşdırılıb:
 
"Dəqiqləşdirilmədən yayılan videoməlumatda deyilənlər həqiqəti əks etdirmir, həmin yerdə ərəb olmayıb, sadəcə Azərbaycan vətəndaşları arasında telefonla yüksək səslə danışıq müşahidə olunub. Ərazi üzrə Nərimanov RPİ əməkdaşları yaxınlaşaraq vətəndaşları nizam-intizama dəvət edib".
OXŞAR XƏBƏRLƏR