Bakıda ərəb turistlərin kirayə yaşadığı evə basqının TƏFƏRRÜATI

Bakıda ərəb turistlərin kirayə yaşadığı evə basqının TƏFƏRRÜATI
SOSİAL
15:23 08.08.2019
3321
Bakıda ərəblərin kirayə yaşadığı evə basqın edən şəxslər tutulublar.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki,hadisə avqustun 5-də Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, Səudiyyə Ərəbistanından Azərbaycana turist kimi gəlmiş iki nəfərin kirayədə yaşadıqları mənzilə basqın olub. Mənzilin qapısının açıq olduğunu görən 4 naməlum şəxs evə daxil olduqdan sonra ərəbləri sözlə hədələyərək onlardan 1700 manat pul və 5 ədəd mobil telefon alıblar. Daha sonra onların əllərini bağlayaraq oranı tərk ediblər. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev ölkə.az-a faktl təsdiqləyib. 
O bildirib ki, hadisə ilə bağlı DİN-ə məlumat daxil olan kimi polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Avqustun 7-də isə DİN-in Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin 39-cu PB-i əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə biri qadın olmaqla şübhəli bilinən Bakı şəhər sakini 1994-cü il təvəllüdlü V.Abbasov, Kürdəmir rayon sakinləri Ş. Abdullayev, A.Qəmbərova və Biləsuvar rayon sakini E.Ağakərimov saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır, zəruri əməliyyat istintaq tədbirləri həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR