Bakıda ərəblərin ölüm səbəbi – Uzunmüddətli həzzin qurbanları

Bakıda ərəblərin ölüm səbəbi – Uzunmüddətli həzzin qurbanları
SAĞLAMLIQ
14:26 14.09.2018
7276
İnsanlar hər zaman əllərində olandan artığına can atıb. Daha çox pul, daha çox şöhrət və daha çox həzz…

Hamıya məlumdur ki, cinsi fəaliyyətdən daha çox həzz almaq üçün müəyyən dərmanlar istehsal olunur. Lakin ölkəmizdə bu dərmanlarda düzgün istifadə qaydaları çox adam tərəfindən bilinmir. Bu səbəbdən belə dərmanlar onu istifadə edənin həyatını itirməsinə gətirib çıxardır. Bəs cinsi həzz üçün istifadə olan bu dərmanlar niyə kişilərin həyatına son qoyur?

"Viaqra” kimi cinsi istəyi artıran dərmanlardan istifadə nəticəsində dünyasını dəyişələnlərin sayı durmadan artmaqdadır.

Məsələn, bu ilin yanvar ayında Bakının nüfuzlu otellərinin birində 1962-ci il təvəllüdlü ərəb turist Məsfər Oman Əlbillahi "Viaqra” qəbul etdiyi üçün ürək tutmasından dünyasını dəyişmişdi.

Bir neçə il öncə isə Türkiyədə yaşayan, əslən azərbaycanlı müğənni Azər Bülbülün də ölümünə səbəb analoji dərmandan istifadə etməsi olmuşdu. Statistikaya əsasən ölkəmizdə analoji dərmanların ( "Viaqra”, "Kamagra”, "Kanvertan”, "Venegra”, "Vizarsin” və s. bu kimi dərmanlar) istifadəsi səbəbindən həyatını itirənlərin sayı artıb. Son günlərdə şəhərimizə gələn ərəb turistlərin arasında bir neçəsinin də, bu səbəbdən öldüyü bildirilib.

Həkimlər bildirir ki, ümumiyyətlə son 10 il ərzində "Viqara” və sinonimlərindən düzgün istifadə edilmir. 40 yaşından sonra cinsi problemlər yaşayan kişilərin həkim məsləhəti ilə istifadə etməli olduqları dərmanlar bəzi hallarda hətta yeniyetmələr tərəfindən də istifadə olunur.

Bəzi insanların ümumiyyətlə bu dərmanlardan istifadə etmələri qəti qadağandır. Ürək böhranı, iflic, beyin qanaması keçirtmiş və ya son 6 ayda həyatı təhlükə yaşamış insanlar, aşağı və ya yüksək təzyiqi olanlar, koronar damar xəstəlikləri olanlar qəti şəkildə viaqra istifadə etməməlidir.

Bakıda ərəblərin analoji dərmanların düzgün istifadə edilməməsinə görə ölməsi də geniş müzakirələrə səbəb olub. Ərəblərin həm spirtli və yaxud enegetik içkilər qəbul etməsi, üstəlik həm də cinsi performans artıran dərman istifadə etməsi ürək ritminin ciddi şəkildə pozulmasına gətirib çıxardır. Ərəblərin anatomiyasına uyğun olmayan spirtli içkilər və həddindən artıq dozda istifadə olunan performans artırıcı dərmanlar onların məhvinə səbəb olur.

Avqust ayında Bakının Nərimanov rayonunda yerləşən otellərin birində ərəb turist yüksək dozada qəbul etdiyi viaqra səbəbindən dünyasını dəyişmişdi. Buna bənzər hallar əvvəllər də baş verib.

Həkimlər bu halların yaşanmaması üçün bu cür dərmanlardan istifadə zamanı diqqətli olunmasını, yuxarıda qeyd olunan xəstəlikləri olan şəxslərin ümumiyyətlə bu dərmanlar istifadə etməmələrini tövsiyyə edir. Həkimlər məsləhət görür ki, analoji dərmanlardan istifadədən əvvəl və yaxud sonra energetik və ya spirtli içki içmək həyati risk daşıyır.
 
///Minval.info

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
15:52 26.07.2025
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
15:41 26.07.2025
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"