Bakıda ərindən boşanmaq istəyən qadın öldürüldü

Bakıda ərindən boşanmaq istəyən qadın öldürüldü
SOSİAL
20:35 29.09.2026
138
Bakıda 42 yaşlı kişi həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Binəqədi rayonunda baş verib.

42 yaşlı Rafət Ağalarovun həyat yoldaşı 40 yaşlı Esmira Ağalarovanı boğaraq qətlə yetirdiyi bildirilir.

Qətli törətməkdə şübhəli bilinən Rafət Ağalarov saxlanılıb. Hadisənin baş verməsinə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR