Bakıda eşidilən qorxunc səslərlə bağlı mütəxəssislər danışdı - VİDEO

MARAQLI
14:49 27.01.2012
6189
Azərbaycanlı ezoterik-tədqiqatçı Vaqif Ələkbərov  açıqlamasında Bakıda "məhşər səsi"nin eşidilməsilə bağlı yayılmış xəbərlərə münasibət bildirib."Belə qeyri-adi səsləri ilk növbədə sənaye ilə əlaqələndirmək olar. Yəni qaldırıcı kranlardan, yeraltı boruların rezonansından, metro tunelinin qazılmasından və sairdən belə səslər yarana bilər. Amma jurnalistlərin "Yerin uğultusu" kimi təqdim etdikləri aşağı tezlikli uğultu dünyanın müxtəlif yerlərində insanları ən azı ötən ilin yayından narahat etməyə başlayıb. Məsələn, Kiyevdə çəkilmiş çarxda eşidilən səs böyük maraq doğurub. İnternetdə həmin görüntüləri 2 milyondan artıq insan izləyib. Səsin haradan gəldiyinə dair çoxsaylı versiyalar isə elə versiya olaraq qalır. Onun əsl səbəbi hələ də məlum deyil", - deyə V.Ələkbərov xatırladıb.Mütəxəssis İngiltərə, İspaniya və ABŞ sakinlərinin də oxşar səslər eşitdiklərini diqqətə çatdırıb: "Bəzi alimlər, məsələn, professor Martin Stenvill hesab edir ki, bu uğultu Yerin maqnit qütblərinin yerdəyişməsindən yaranır. Mən isə hesab edirəm ki, bu məsələnin tədqiqi zamanı ufologiyadakı məlum təcrübəyə müraciət edilməlidir. Səmadan belə səslərin gəlməsinin real olduğu hərbçilər tərəfindən də təsdiqlənib. 1961-ci ildə Baltikyanı regionda üçbucaqlı UNO peyda olmuşdu. Polkovnik, texniki elmlər namizədi Vitali Şelepov bildirirdi ki, səmadan güclü səs gəlməyə, həmçinin naməlum obyekt görünməyə başlayıbmış. Odur ki, bu səs insanların görə bilmədiyi UNO-lardan da gələ bilər".
Day.az
OXŞAR XƏBƏRLƏR