Bakıda estetik əməliyyat olunan xarici vətəndaş kor olduğunu deyir - Həkim isə ...

Bakıda estetik əməliyyat olunan xarici vətəndaş kor olduğunu deyir - Həkim isə ...
SAĞLAMLIQ
14:45 12.09.2018
3489
Bakıda özəl xəstəxanaların birində plastik əməliyyat etdirən xarici ölkə vətəndaşı kor olduğunu iddia edir.

AZXEBER.COM-un redaksiyası ilə əlaqə saxlayan əslən Türk əsilli hazırda Londonda yaşayan Nərgiz Coşqun adlı qadın mart ayında Bakıda keçirdiyi əməliyyatdan sonra görmə funksiyalarını itirdiyini deyib. 

Onun sözlərinə görə, sosial şəbəkələrdən gördüyü reklamlardan sonra  cərrah Elvin Əliyevə müraciət edib. Martın son həftəsində isə əməliyyata girib:

"Əməliyyat zamanı beyin qanaması keçirdim. Bunu əməliyyatdan sonra mənə heç kim demədi. İstanbulda aparılan müalicədən sonra mənə bu haqda məlumat verdilər. Əməliyyatdan sonra görməməyə başladım. Mənə bunun keçici olduğunu dedilər və bu cür əməliyyatlar zamanı belə halların ola biləcəyi bildirildi”.

Xəstənin sözlərinə görə, görmə qabiliyyətini itirməsindən sonra təkrar müalicələr almağa başlasa da, müalicə heç bir nəticə verməyib. N. Coşqunun sözlərinə görə o artıq 5 aydır ki, görmür:

"İstanbula gedərək əməliyyatdan sonra yenidən müalicə almağa başladım. Mənə İstanbulda əməliyyat zamanı sinirlərə toxunulduğu və beyindəki görmə mərkəzində bir çox sinirlərin öldüyünü dedilər. O gündən sonra nə həkimə, nə də onun köməkçilərinə zəng edə bilmədim”.

Məsələ ilə bağlı portalımıza danışan cərrah Elvin Əliyev sözügedən xəstəni iki dəfə əməliyyat etdiyini və əməliyyatların hər birinin uğurlu olduğunu deyib:

"Həmin xanım iki dəfə bizdə əməliyyat olundu. Birinci əməliyyatdan sonra da onda görmə problemi yaranmışdı. Ancaq daha sonra onun vəziyyəti düzəldi. İkinci əməliyyat isə aşağı nahiyyədə estetik əməliyyat idi. Bu əməliyyatı da uğurla həyata keçirdik. Ancaq bu xanımın gözlərindəki problemin bizlə heç bir əlaqəsi yoxdur. Onun görmə qabiliyyətləri ilə bağlı beyin toxumalarında anadangəlmə problem var idi. Həmin xanımın biz daha sonra qardaşını dəvət elədik və birlikdə xəstəxanadan ayrıldılar. Bununla bağlı sənədlər də əlimdə var. Onları da sizə təqdim edə bilərəm". 

Mövzuya yenidən qayıdacağıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
15:52 26.07.2025
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
15:41 26.07.2025
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"