Bakıda estetik əməliyyatı olunan 23 yaşlı qız öldü

Bakıda estetik əməliyyatı olunan 23 yaşlı qız öldü
SOSİAL
19:22 06.05.2023
684
Bakıda estetik əməliyyatı zamanı komaya düşən gənc qız vəfat edib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq dünən vəfat edib.

Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki "Medicare" özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR