Paytaxtda yanğın baş verib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə gecə saatlarında Suraxanı rayonunda ümumi sahəsi 40 kv.m olan gözətçi otağında yanğın baş verib. Hadisə zamanı otağın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Yanğın zamanı bir nəfər xəsarət alıb.
Faktla bağlı hadisə yerinə çağırılan FHN-nin yanğınsöndürənləri yanğını qısa zamanı söndürüb. Xəsarət alan şəxs isə xəstəxanaya aparılıb.