Bakıda ev yanıb, xəsarət alan var

Bakıda ev yanıb, xəsarət alan var
HADİSƏ
21:13 26.10.2025
158
Bakıda fərdi yaşayış evində yanğın olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində qeydə alınıb. Yanğın nəticəsində 1960-cı il təvəlüdlü Əliyev Nəcəf Əli oğlu müxtəlif dərəcəli yanıq xəsarəti alıb.

Xəsarət alan şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR