Bakıda evdə yanaraq ölənlər bacı-qardaş imiş

Bakıda evdə yanaraq ölənlər bacı-qardaş imiş
SOSİAL
18:00 23.01.2026
320
Bakı şəhərinin Səbail rayonunda evdə yanğın zamanı ölən şəxslərin kimliyi məlum olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsi, 3-cü massivdə Nailə Mustafayevaya məxsus üçmərtəbəli evdə baş verib.

Nəticədə ərazidən ev sahibinin qayınatası, 1951-ci il təvəllüdlü Firuddin Nəbiyevin və bacısı, 1955-ci il təvəllüdlü Rəna Nəbiyevanın yanmış meyitləri aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR