Bakıda evdən bank kartı oğurlandı

Bakıda evdən bank kartı oğurlandı
SOSİAL
15:18 30.04.2022
330
Bakıda evdən bank kartı oğurlanıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aprelin 26-da M.İbrahimov küçəsindəki evlərin birindən ev sahibəsinə məxsus bank kartının oğurlanması və hesabındakı 1 200 manatın çıxarılaraq oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Namiq Quliyev və Murad Həmidov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR