Bakıda evdən Gürcüstan vətəndaşının meyiti tapıldı

Bakıda evdən Gürcüstan vətəndaşının meyiti tapıldı
HADİSƏ
20:44 27.12.2025
169
Bakıda Gürcüstan vətəndaşı yaşadığı evdə ölüb.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Gürcüstan vətəndaşı olan 47 yaşlı Rəna Məmmədova yaşadığı evdə ölü vəziyyətdə tapılıb. İlkin məlumata əsasən, onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR