Bakıda evdən külli miqdarda narkotik aşkarlanıb

Bakıda evdən külli miqdarda narkotik aşkarlanıb
SOSİAL
22:21 20.05.2023
156

Bakıda evdən külli miqdarda narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları əldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Nəticədə saxlanılan Əmircan qəsəbə sakini Ş.Mustafayevdən 4 qramdan artıq heroin və metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə 1 kiloqram 15 qramdan çox heroin və 103 qramdan artıq metamfetamin götürülüb.

Araşdırma aparılır./lent.az

OXŞAR XƏBƏRLƏR