Bakıda evə maskalı basqın olub

Bakıda evə maskalı basqın olub
SOSİAL
22:39 24.03.2018
1913

Bakıda evə maskalı basqın olub.

Martın 15-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində yaşayan Afət Əzizovanın evinə girmiş 2 maskalı şəxs onun və qızı Firuzənin qol və ağızını yapışqanlı lentlə bağlayıb bıçaqla hədələyərək oradan 1700 manat pul aparıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramin Ağayev və Ceyhun Adıgözəlov saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

///Report.az

OXŞAR XƏBƏRLƏR