Bakıda evə silahlı basqın edərək ev sahibini bıçaqlayan şəxslər saxlanılıb.
Bu barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilib.Məlumata görə, yanvarın 10-da naməlum maskalı şəxslər Şüvəlan qəsəbəsi Nizami küçəsində yaşayan Akif Həmzəyevin evinə daxil olub bıçaqla xəsarət yetiriblər.Sonra həyətdə olan “VAZ-2121” markalı avtomobilin hər iki dövlət nömrə nişanını açıb ataraq avtomobili aparıblar.A.Həmzəyev 3 saylı xəstəxanaya yerləşdirilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Kamran Cəbiyev və Səbuhi Tağıyev aprelin 2-də Salyan rayonu ərazisində idarə etdikləri “BMW-X5” markalı avtomobillə saxlanılıblar, avtomobildən isə 5 qramdan artıq marixuana aşkar edilib.Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Bakı şəhər sakini Murad Muradov aprelin 5-də yaxalanıb.