Bakıda evlərin qiyməti niyə bahalaşıb? - Ekspert cavab verdi
İQTİSADİYYAT
15:55 30.04.2013
4651
"Ev çox, alıcı yox...""Son zamanlar ev bazarında hədsiz qiymət artımı müşahidə olunub ki, bu da xüsusən şəhərdə tikilən yeni binaların payına düşür". Bu sözləri tikinti sektorunun eksperti Ramin Osmanlı AZXEBER.COM-a açıqıamasında deyib.Ekspert deyib ki, bəzi iş adamları bu vəziyyətdən süni istifadə edir: “Son zamanlar mənzillərin qiymətlərində qiymət artımının olması ipateka kreditləşməsində aparılan islahatlar, bu istiqamətdə aparılan müzakirələr və süni spekuliyasiya amillərinin təsirindən meydana gəlir. Bu vəziyyətdən istifadə edən bəzi iş adamları, bu sahədə fəaliyyət göstərən sahibkarlar süni şəkildə qiyməti qaldırmağa çalışırlar.Digər tərəfdən isə tikilən evlər özəl sahibkarlar tərəfindən tikildiyi üçün baha qiymətə satılır, amma bu bütün dünya təcrübəsində belədir.Ona görə də bunun qarşısının alınacağını düşünmürəm.Müəyyən bəzi məsələlər var ki, qiymətlərin artmasına səbəb olur o məsələləri aradan qaldırmaq lazımdır ki, onlarda əlavə ödənişlərdir ki, bunlara heç bir gərək yoxdur”Ramin Osmanlı açıqlamasında onu da əlavə etdi ki “Hazırda şəhərdə kifayət qədər binalar tikilsə də, hələ də içində yaşayan yoxdur. Bunun da qiymətlərin həddindən artıq olması ilə əlaqələndirmək olar”Fatimə İbrahimova