Bakıda 'Favorit-Market' supermarketlər şəbəkəsinin yeni mağazası açıldı - FOTOLAR

İQTİSADİYYAT
15:05 03.08.2012
12160

Bu gün “Favorit-Market” supermarketlər şəbəkəsi Bakı sakinləri üçün növbəti mağazasını istifadəyə verib.

AZXEBER.COM Gün.Az-a istinadən xəbər verir ki, yeni “Favorit-Market” Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsi, məhəllə 574 ünvanında yerləşir.

“Baku Retail” MMC-nin icraçı direktoru Fuad Bədəlov bildirib ki, sahəsi 2400 kv.m olan yeni supermarket sayca dördüncüdür.

Onun sözlərinə görə, supermarketdə alıcılara 40-45 min çeşiddə mal təklif olunur.

”İnsanlar həmişə olduğu kimi “Favorit-Market”də yüksək keyfiyyət, bol çeşid və xoş münasibətlə qarşılaşacaqlar. Supermarketimiz alıcılara hər növdə qidaların təklif olunduğu bir neçə bölmədən ibarətdir. Eyni zamanda dünyanın hər yerindən gətirilmiş məhsullar, meyvə və tərəvəzlər alıcıların ixtiyarındadır”.

F.Bədəlov qeyd edib ki, açılış münasibətilə çox çeşiddə hədiyyələr var. “Bunlar həm təsərrüfat, həm şirniyyat həm də digər məhsullara aiddir”.

Avqust ayından “Favorit Card” proqramı vasitəsi ilə alış-veriş edən müştərilər üçün yeni hədiyyə çeşidləri də əlavə edilib. Bunların arasında mobil telefonlar, İphone-4S, İpad-2 və digər hədiyyələr var.

Yeni supermarketdə alıcıların rahatlığı üçün müştərilərin avtomobilləri üçün xüsusi dayanacaq da yaradılıb.

Qeyd edək ki, “Favorit-Market”supermarketlərinin digər mağazaları aşağıdakı ünvanlarda yerləşir Yasamal rayonu, Məhəmməd Hinduşah Naxçıvani küçəsi 15.

Binəqədi rayonu, Mircəlal küçəsi 59K

Binəqədi qəsəbəsi İkinci Mədən küçəsi, 52-ci korpus.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb