Bakıda tikintidə ölüm hadisəsi baş verib.
Hadisə bu gün paytaxtın Səbail rayonunda tikilməkdə olan binada qeydə alınıb. Orada fəhlə işləyən, 55 yaşlı Rafiq Əliheydər oğlu Allahverdiyev binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
///APA