Bakıda film kimi hadisə: İsinmək üçün boş bildiyi evə girdi, qarşısına qadın çıxdı

Bakıda film kimi hadisə: İsinmək üçün boş bildiyi evə girdi, qarşısına qadın çıxdı
SOSİAL
13:03 27.11.2021
4676
Bakıda baş verən bir quldurluq faktı ilə bağlı məhkəmə materiallarının sətirlərinə göz gəzdirərkən gözümüzə maraqlı məqamlar sataşdı. Buna görə də məhkəmə istintaqının materiallarını tam oxumağa həvəs yarandı və biz də ittiham aktını başdan-sonacan oxuduq. Təsəvvür edin, çöldə üşüyən bir adam isinmək üçün tanımadığı evə girir və hər şey bundan sonra başlayır...

AZXEBER.COM oxu.az-a istinadən istintaq materiallarını və cinayət əməlinin motivlərini təqdim edir.

1987-ci il təvəllüdlü Ziyad (şərtidir) həyat yoldaşından ayrılıb, səbəb isə onlar arasında çoxsaylı mübahisələrin olmasıdır. İşsizlik, maddi ehtiyacların qarşılana bilməməsi, kirayələrdə keçən həyat tərzi – bu faktorlar da ər-arvad münasibətlərinə neqativ çalarlar qatılmasını gücləndirir.

Arvadı ondan ayrılıb Yasamal rayonunda qalan anasıgilə gedir, iki azyaşlı övladını da özü ilə aparır.

Ziyad üçün çətin günlər hələ qabaqda imiş, o, 2021-ci ilin qış aylarından gah bacısıgildə qalırmış, gah da da Yasamaldakı binaların birinin qarşısında olan istixananın yanında gecələyirmiş.

İstixananın üstü açıq olsa da, onun borusundan istilik çıxdığı üçün o, yaxınlıqdan tapdığı, kənara atılmış divanın maçalkasını söküb borunun ətrafına qoyaraq orada yatırmış.

Bu minvalla Ziyad qış aylarından donmadan çıxır. Bu müddətdə ara-sıra uşaqlarını görməyə gedirmiş.

2021-ci ilin soyuq yaz aylarında, aprelin 7-də o, uşaqlarını görməyə gedir və onları parkda gəzməyə çıxarır.

Aprelin 8-i gecə saatlarında o, istixananın yaxınlığında yerləşən mənzillərin birində işıq yanmadığını görür və buradan belə qənaətə gəlir ki, həmin evdə heç kim yoxdur.

Həmin mənzilə daxil olmaq üçün blokun giriş qapısının üst hissəsində olan beton örtüyün üzərinə çıxaraq həmin mənzilin pəncərəsində quraşdırılmış dəmir barmaqlığın kilidini dəmir parçası ilə qırır.

Bundan sonra əvvəlcədən əldə edib üzərində gəzdirdiyi bıçağı bağlı vəziyyətdə olan pəncərənin arasına salaraq fiziki güc tətbiq etməklə açıb yaşayış sahəsinə qanunsuz olaraq girir.

O, mənzilə daxil olduqda yanıldığını dərk edir, belə ki, mənzildə kiminsə işığı yandırıb ona tərəf gəldiyini görür.

Ev sahibi (Svetlana – ad şərtidir) Ziyadı gördükdə qışqıraraq qonşulardan kömək istəyir, Ziyad da özü üçün yaranan riski nəzərə alaraq onun ağzını tutur və qışqırmamasını tələb edir.

Evdə olduğu 5 saat ərzində Ziyadla Svetlana arasında tez-tez çəkişmə olur, onların bir-birini anlamamasına səbəblərdən biri də Svetlananın azərbaycanca, Ziyadın isə rusca bilməməsi olub.

Ziyad çox çətinliklə izah edir ki, o, bu mənzilə gecələmək üçün girib və başqa heç bir niyyəti yoxdur.

Gecə saat 3 radələri, Ziyad və Svetlana sakitləşiblər, ancaq ev sahibi ona xəsarət yetirilməsindən qorxur və ehtiyatı əldən vermək istəmir.

Tərəflər bir-birinə çox çətinliklə nəyisə izah edirlər, Ziyad həyəcanını yatırmaq üçün ondan su istəyir.

Svetlana da razı olur və su gətirmək adı ilə mətbəxə keçən zaman mənzilin qapısını açıb qonşulardan yardım diləmək istəyir, amma Ziyad duyuq düşür və qadını geri çəkir. Bu zaman o, qadına zərbələr endirir, əlindəki bıçaqla qadının əlini bilməyərəkdən kəsir.

O, qadına yataq otağına keçib orada qalmağı tələb edir, ancaq Svetlana Ziyadı sakitləşdirmək üçün ailəsindən suallar verir.

Ziyad atası və anasının olmadığını, yoldaşı ilə ayrıldığını və iki uşağının olduğunu bildirir.

Daha nə Svetlana qışqırır, nə də Ziyad başqa zorakı hərəkətlər edir, onlar oturub dərdləşirlər. Hətta onlar arasındakı qısamüddətli münasibət elə səviyyəyə gəlib çatır ki, Svetlana Ziyada yemək də təklif edir, ancaq Ziyad istəmədiyini bildirir.

Svetlana azərbaycanca çox çətinliklə Ziyada "Allah səni sevir” deyir.

Beləcə onlar 5 saat bir yerdə olurlar və Ziyad səhərin açıldığını görüb getmək istəyir. Svetlanaya təhdidqarışıq yalvarışla bildirir ki, bu barədə polisə bir kəlmə də deməsin, qadın onu inandırır.

Ziyad Svetlanadan 7 manat pulu alıb evdən çıxanda qadın ondan evində olan zibil paketini yolda zibil qutusuna atmasını xahiş edir.

Ziyad etiraz etmir və həmin paketi Svetlanadan alır, sağollaşır və gedərkən onları zibil qutusuna atır.

Svetlana hadisə barədə qızına danışır, qızının təkidi ilə onlar polisə şikayət edirlər.

İstintaq zamanı isə zərərçəkmiş şəxs Ziyadla barışır, amma məhkəmə hökmü Ziyadın bu addımı ilə heç cür barışmayıb.

İstintaq Ziyadın əməlinin Cinayət Məcəlləsinin 181.2.3 və 182.2.5-ci maddələri ilə maddəsi ilə tövsif edir.

Məhkəmənin hökmü ilə Ziyad 8 il müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək