Bakıda gənc oğlanı boğazından bıçaqladılar

Bakıda gənc oğlanı boğazından bıçaqladılar
SOSİAL
10:40 31.01.2024
152
Bakının Binəqədi rayonunda bıçaqlanma baş verib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

28 yaşlı Sadıqov Hüseyn Həbib oğlu dava zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı boğazın kəsilmiş-deşilmiş xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR