Bakıda gənc qadın əri tərəfindən bıçaqlandı

Bakıda gənc qadın əri tərəfindən bıçaqlandı
SOSİAL
10:26 09.12.2017
1069

Paytaxtın Sabunçu rayonunda gənc qadın əri tərəfindən bıçaqlanıb.

AZXEBER.COM-un Report-a istinadən xəbərinə görə, Pirşağı qəsəbəsində yerləşən 2 saylı "Zeytun sovxozu” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Ağakişiyeva Xanım Əli qızı həyat yoldaşı ilə mübahisə edib. Nəticədə X.Ağakişiyeva kürək nahiyəsindən bıçaqlanıb.

Qadın xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR