Bakıda gənc qız binadan yıxılaraq öldü

Bakıda gənc qız binadan yıxılaraq öldü
SOSİAL
09:05 16.03.2023
130
Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, əlillər binası kimi tanınan yaşayış kompleksində yaşayan 1999-cu il təvəllüdlü Həbişova Səbinə Rahib qızı yataq otağının pəncərəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gənc qızın ölümünün dəqiq səbəbləri Sabunçu Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR