Gəncə Apellyasiya Məhkəməsində 30 yaşlı Samux rayon sakini Ramil Bəşirovun məhkəməsi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Bəşirov təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, Bəşirov Ramil Faxrəddin oğlu əvvəllər onunla qeyri-rəsmi ər-arvad münasibətində olan Q.L-nı özündən asılı vəziyyətə salmaqla müxtəlif kişi müştərilərlə cinsi əlaqədə olmasına məcbur edib.Q.L yetkinlik yaşına çatandan sonra onu dəfələrlə Türkiyəyə aparıb orada Sami adlı şəxsin köməkliyi ilə başqa kişilərlə cinsi əlaqədə olmağa məcbur edib.Bundan başqa, Ramil Bəşirov cinsi istismar edilməsi məqsədilə tanışıQ.L-in maddi imkansızlığından və yaşayış səviyyəsinin aşağı olmasından istifadə edərək Gəncə şəhərində kirayə tutduğu evdə saxlamış və onu müxtəlif kişilərlə cinsi əlaqədə olmağa məcbur edib.