Bakıda gənc şair intihara cəhd etdi

HADİSƏ
22:22 22.02.2025
1244
Gənc şair Həsən Kür intihara cəhd edib. 

AZXEBER.COM xəbər verir ki, şahidlərin Lent.az-a verdiyi xəbərə görə, hadisə bu gün Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində qeydə alınıb. 

O, özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb. 

Gənc şair ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılıb. O, reanimasiyaya yerləşdirilib. 

İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
 
Hadisə yerindən çəkilən fotonu təqdim edirik:

 



OXŞAR XƏBƏRLƏR