Bakıda Gənclər Təşkilatlarının Konqresi olacaq

GƏNCLİK
10:20 04.09.2013
1276
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresini təşkil edəcək.
Konqresin əsas məqsədi ölkədəki bütün gənclər təşkilatlarını bir araya gətirərək onları birləşdirmək və həyata keçirilən gənclər siyasəti haqqında müzakirələr aparmaqdır. Gənclər təşkilatlarının potensialın gücləndirilməsi və idarəetmənin effektiv mexanizmlərin yaradılması haqqında fikir mübadiləsi aparmaq da konqresin başlıca məqsədlərindəndir.Konqresə Respublikanın bütün gənclər təşkilatları dəvətlidirlər. Tədbirdə bir sıra gənclər təşkilatları müxtəlif nominasiyalar üzrə mükafatlarla təltif ediləcək.Konqres 14 sentyabrda Bakıda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR